Главная > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb


17-06-2018, 09:57.

               Azərbaycan nefti ucuzlaşıb    

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 14-də 76,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,27 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 14-də 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 14-də 73,43 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 14-də 74,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

 


Вернуться назад