Главная > Qarabağ > Cəbhədə düşmənin növbəti təxribatı
Cəbhədə düşmənin növbəti təxribatı17-06-2018, 10:41. |
Cəbhədə düşmənin növbəti təxribatı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub. Uluyol.az Müdafiə Nazirliyinə istinadən xəbər verir
ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız
yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub. Вернуться назад |