Главная > Dünya > Tarixi razılaşma: bu ölkənin adı rəsmən dəyişdirildi

Tarixi razılaşma: bu ölkənin adı rəsmən dəyişdirildi


17-06-2018, 13:58.

              Tarixi razılaşma: bu ölkənin adı rəsmən dəyişdirildi

 

Yunanıstan və Makedoniya arasında 25 ildir davam edən ad mübahisəsi tarixi anlaşma ilə başa çatıb.

Axar.az xəbər verir ki, Yunanıstan və Makedoniya baş nazirləri və Avropa Birliyinin rəsmilərinin qatıldığı mərasimdə imzalanmış razılaşmaya əsasən, ölkə bundan sonra Şimali Makedoniya adlanacaq.

Qeyd edək ki, adla əlaqədar iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın beynəlxalq təşkilatlara, xüsusilə Avropa Birliyi və NATO-ya üzv olmasına maneə yaradırdı. Yunanıstan Makedoniyanın yunan bölgəsi ilə eyni adı daşımasına etiraz edirdi.

Bu qərardan sonra Makedoniyanın iyunun sonunda Avropa Birliyi və NATO ilə danışıqlara başlaması gözlənilir.

 


Вернуться назад