Главная > Region > Quba-Xınalıq yolunda güclü sel: maşını dərəyə aşdı (FOTO)

Quba-Xınalıq yolunda güclü sel: maşını dərəyə aşdı (FOTO)


16-06-2018, 19:36.

         Quba-Xınalıq yolunda güclü sel: maşını dərəyə aşdı (FOTO)

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

 

Uluyol.az APA-ya istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

 


Вернуться назад