Главная > Problem > Tovuzda 13 yaşlı qız dəm qazından zəhərlənib

Tovuzda 13 yaşlı qız dəm qazından zəhərlənib


13-02-2016, 21:22.
Tovuzda 13 yaşlı qız dəm qazından zəhərlənib
Tovuzda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İbrahim Hacılı kənd sakini, 2003-cü il təvəllüdlü Günay Habil qızı Hüseynova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, G. Hüseynova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Вернуться назад