Главная > Dünya > Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir


17-06-2018, 00:55.

                        Ermənistanda etiraz aksiyası keçirilir

 

Ermənistanda kütləvi etiraz aksiyası keçirilir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, ölkənin müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın tərəfdarları Yerevanın mərkəzindəki Nalbandyan küçəsini bağlamaq istəyiblər. Etirazçılar Milli Təhlükəsizlik Xidmətinin paytaxtdakı binasının qarşısında toplaşaraq, M. Qriqoryanın həbsdən azad edilməsini tələb ediblər.

Qeyd edək ki, Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən silah-sursatı qanunsuz yolla əldə etmə və saxlamaqda şübhəli bilinərək, dünən həbs edilib. Xidmətin mətbuat mərkəzindən bildirilib ki, Qriqoryanın mənzilində, bağ evində axtarışlar zamanı xeyli sayda silah tapılıb.

Aksiyaçılar Nalbandyan küçəsini bağlamaq istəsələr də, polis onları səkiyə sıxışdırıb. Aksiya hazırda davam edir.

 


Вернуться назад