Главная > Ümumi > “Taliban”nın lideri Əfqanıstanda öldürüldü

“Taliban”nın lideri Əfqanıstanda öldürüldü


16-06-2018, 13:35.

                  "Taliban”nın lideri Əfqanıstanda öldürüldü

 

Əfqanıstan prezidenti xəbəri təsdiqlədi

 

Əfqanıstan prezidenti Əşrəf Qani Pakistan "Taliban”-ın lideri Molla Fəzlullahın öldürüldüyünü təsdiq edib və bu hadisəni Kabil və İslamabad arasında "etimadın yaradılmasında böyük addım” adlandırıb.

 

Qani bu bəyanatı iyunun 15-də "Twitter”-də verib. O yazır ki, Pakistanın baş naziri Nasirul Mulklə və Pakistan ordusunun baş komandanı general Qamar Javed Bajva ilə danışıb və onlar Molla Fəzlullahın ölümü faktını təsdiq ediblər: "Onun ölümü Əfqanıstan təhlükəsizlik agentliklərinin yorulmaz kəşfiyyat fəaliyyətininin nəticəsidir”.

 


Вернуться назад