Главная > Baş Xəbər > Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb

Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb


16-06-2018, 15:35.

           Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb

 

Suriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.

A.Tsıqankov bildirib: "Ötən sutka ərzində Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin səyləri sayəsində 227 nəfər Xoms əyalətində, 114 nəfər Şərqi Qutada öz evinə qayıdıb".

Onun sözlərinə görə, rusiyalı hərbi həkimlər 70-i uşaq olmaqla 139 suriyalıya yardım edib.

 


Вернуться назад