Главная > Qarabağ > Cəbhə bölgələrində gərginlik davam edir
Cəbhə bölgələrində gərginlik davam edir16-06-2018, 12:14. |
Cəbhə bölgələrində gərginlik davam edirErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub. Müdafiə Nazirliyindən Uluyol.az-a verilən məlumata
görə,Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə,
İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Qazax rayonunun Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari
kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində,
Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub. Вернуться назад |