Главная > Baş Xəbər > Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib

Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib


16-06-2018, 11:54.

             Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib

Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, dövlət başçısı qeyd edib ki, Rusiyanın müsəlman təşkilatları ölkə və cəmiyyətin həyatında fəal iştirak edirlər.

"Bu parlaq bayram ölkədə həm dini icmalarda, həm də ailədə geniş şəkildə qeyd olunur. Əlbəttə, əcdadların ənənələrinə gənclərin də qoşulması vacibdir. Bu cür faydalı və böyük iş hörmətə və dəstəyə layiqdir", - deyə Putin bildirib.

 


 


Вернуться назад