Главная > İdman > UEFA “Qalatasaray”ı cərimələdi

UEFA “Qalatasaray”ı cərimələdi


15-06-2018, 09:54.

             UEFA "Qalatasaray”ı cərimələdi

 

UEFA "Qalatasaray"ı cəzalandırıb

 

Uluyol.az  goal.az-a istinadən xəbər verir ki, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib.

 

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə ödəniləcək.

 

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.

 

Eyni zamanda aslanlar 2018-2019 mövsümündə 20, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır.

 


Вернуться назад