Главная > Mövqe > Yıldırım AKP üzvlərinə qarşı təşkil olunmuş silahlı hücumdan danışdı

Yıldırım AKP üzvlərinə qarşı təşkil olunmuş silahlı hücumdan danışdı


15-06-2018, 08:29.

             Yıldırım AKP üzvlərinə qarşı təşkil olunmuş silahlı hücumdan danışdı

 

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

"Ümid edirəm ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur. Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, son məlumata görə, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 9-u isə yaralanıb.

 


Вернуться назад