Главная > Ümumi > DÇ 2018: Rusiya Səudiyyə Ərəbistanını darmadağın etdi

DÇ 2018: Rusiya Səudiyyə Ərəbistanını darmadağın etdi


14-06-2018, 20:57.

            DÇ 2018: Rusiya Səudiyyə Ərəbistanını darmadağın etdi

 

Bu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürüb.

Musavat.comxəbər verir ki, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanan açılış mərasimi "Lujniki” stadionunda keçirilib.

Açılış mərasiminə 20-dən çox ölkənin dövlət başçısı, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.

Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

"DÇ-2018"-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında Türkiyəni təmsil edən FIFA referisi Cüneyt Çakır da var.

Oyunları Azərbaycan tamaşaçılarına İTV və CBC Sport telekanalları təqdim edəcək.

****

19:00. Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Qollar: Yuri Qazinski, 12. Denis Çerişev, 43. Artyom Dzyuba, 71, Denis Çerişev, 90+1. Aleksandr Qolovin, 90+3
Baş hakim: Nestor Pitana
Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandru Riççi (Braziliya)
Rusiya, Moskva. "Lujniki” stadionu.

 


Вернуться назад