Главная > Ümumi > Türkmanlar əks-hücuma keçdi: İtirilən ərazilər geri alındı

Türkmanlar əks-hücuma keçdi: İtirilən ərazilər geri alındı


12-02-2016, 21:50.

Türkmanlar əks-hücuma keçdi: İtirilən ərazilər geri alındı

Müxaliflər Suriyanın Latakiya vilayətində Türkman dağında yerləşən Quruca, Sərraf, Qulcuk və Qaraman mövqelərini ələ keçiriblər.

 

Axar.az xəbər verir ki, 15 gün əvvəl müxaliflər yuxarıda qeyd edilən mövqeləri itirmişdilər. İtirilən əraziləri geri qaytarmaq üçün müxaliflər əks-hücuma keçiblər.

Hücum zamanı 14 Suriya ordusunun əsgəri öldürülüb, ağır silah və hərbi texnikalar ələ keçirilib.

 

Regionda münaqişələrin davam etdiyi bildirilib.


Вернуться назад