Главная > Ölkə / Problem > Fəhlələr aksiya keçirdilər, sonra da yürüş etdilər - FOTOLAR

Fəhlələr aksiya keçirdilər, sonra da yürüş etdilər - FOTOLAR


29-10-2015, 22:47.

5

Bu gün "Azərinşaat”ın qarşısında yüzdən çox işçisi etiraz aksiyası keçiriblər.
Uluyol.info "Basta”ya istinadən xəbər verir ki, aylardı maaşlarının ala bilməməsi fəhlələrin belə bir addım atmasına səbəb olub. 
"Aylardı maaş ala bilmirik. Gedirik "Azəryol”a şikayətimizi dinləmirlər, deyirlər "Azərinşaat”a gedin. "Azərinaşaat”da "Azəryol”a getməyə məsləhət görürü. Ötür-ötür edib bizi aldadırlar. Gah deyirlər pulunuzu 4-cü gün verəcəyik, 4-cü gün gəlirik, deyirlər sabah gəlin. Belə-belə aldadırlar. Bizi işlədənlərin hamısı qaçıb gizlənib. Hamı bir-birinin üstünə atır. Bu deyir gedin ondan alın, o deyir mənloik deyil. İşlədiblər, ancaq pulumuzu tələb edirik”, - deyə fəhlələlər etiraz edirlər.
"Azərinşaat"ın önündə etiraz edən fəhlələr sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önünə doğru yürüş ediblər.
Nazirlikdən onlara deyiblər ki, birinci gün nazir gələcək və ikinci gün nazirin görüşünə buraxılacaqlar. 
Fəhlələr isə bu təkliflə razılaşmayıb. Onlar oradan Prezidenti Administrasiyasına yürüş etmək istəyiblər. 
Yolda fəhlələrin qarşısını polis kəsib. Onların yürüşünə icazə verilməyib. İşçilərdən 10 nəfər yasamal rayon polis idarəsinə rəislə görüşə gedib.

4

5

3

2

1


Вернуться назад