Главная > Maraqlı > Astaralı gəncdən qeyri-adi avtomobil ixtirası – VİDEO

Astaralı gəncdən qeyri-adi avtomobil ixtirası – VİDEO


12-06-2018, 15:03.

                Astaralı gəncdən qeyri-adi avtomobil ixtirası – VİDEO

 

Astaralı gənc qeyri-adi yük avtomobili düzəldib.

ARB TV xəbər verir ki, bir neçə avtomobilin ehtiyyat hissəsindən yığılan maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir.

Astara rayonunun Şiyəkəran kənd sakini Ceyhun Babayev yük daşınması üçün nəzərdə tutulan maşını 2500 manatdan çox pul xərcləyərək 6 ay müddətində ərsəyə gətirib.

Dizel motoru ilə işləyən maşın 100 kilometrə cəmi 2 litr yanacaq sərf edir.

Ceyhun Babayev – Sakin: "Niva”nı çəkdiyi üçün bilirəm ki, 1 tondan çoxdu çəkisi. Təsərrüfat üçün nəzərdə tutulub, 4 metrdi uzunluğu. "Pres” bağlamasını rahat 100 dənə vurub aparmaq olur.

Ceyhun Babayev maşını hazırlayarkən bir neçə "VAZ” markalı avtomobilin ehtiyyat hissələrindən istifadə edib. Maşının elektrik işlərini də özü görüb. Bu Ceyhunun gördüyü ilk belə iş deyil. Bundan əvvəl "Muravey” markalı motosikletin mühərrikində dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsinə nail olub.

 


Вернуться назад