Главная > Ümumi > Rumıniyada Rusiya səfirinin diplomatik vəsiqəsini oğurlayıblar

Rumıniyada Rusiya səfirinin diplomatik vəsiqəsini oğurlayıblar


12-06-2018, 14:08.

                Rumıniyada Rusiya səfirinin diplomatik vəsiqəsini oğurlayıblar

 

Rusiaynın Rumıniyadakı səfiri Valeri Kuzmin soyğunçuluğa məruz qalıb.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə Sibiu şəhərində baş verib.

Həyat yoldaşıyla şəhərin mərkəzi meydanında gəzişərkən cibgirlər onun cüzdanını oğurlayıblar.

Cüzdanda bank kartı, 250 dollar pul və səfirin diplomatik vəsiqəsi olub.

Polis cinayət işi qaldırıb, cibgirlərin axtarışına başlınılıb.

 


Вернуться назад