Главная > Ümumi > Türkiyə İraqda yeni hərbi əməliyyatlara başladı

Türkiyə İraqda yeni hərbi əməliyyatlara başladı


11-06-2018, 17:35.

             Türkiyə İraqda yeni hərbi əməliyyatlara başladı

 

"İraqın şimalında, Kandil və Sincar dağlarına aniterror əməliyyatına başlamışıq”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O deyib ki, Türkiyəyə qarşı təcavüzkarlıq edənlər bunun əvəzini ağır ödəyəcəklər: "İndiyədək Afrində 4500 terrorçunu zərərsizləşdirmişik. Şimali İraq, Kandil, Sincar demişdim, orada da əməliyyatı başladıq. 20 qırıcımızın uçuşu nəticəsində terrorçuların 14 hədəfin məhv etdik. Ancaq hələ bitmyib.

Kandili terror məskəni olmaqdan xilas edirik. "Zeytun budağı” əməliyyatıından sonra başladığımız hərəkat uğurla davam edir. Artıq Pilotsuz Uçan Apratımız və Silahlı Uçan Aparatımız var. Bunları ABŞ və İsraildən almırıq.

Terroru ölkəmizin gündəliyindən tamamilə çıxaracağıq”.

 


Вернуться назад