Главная > Dünya > Ərdoğan və Gül tabutu birlikdə daşıdılar

Ərdoğan və Gül tabutu birlikdə daşıdılar


12-02-2016, 18:19.
Ərdoğan və Gül tabutu birlikdə daşıdılar
İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirən Türkiyənin 11-ci prezidenti Abdullah Gülün qaynatası Əhməd Özyurd torpağa tapşırılıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, yas mərasimində Türkiyə siyasətinin tanınmış simaları, eləcə də hazırkı prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məlumata görə, Abdullah Gül qaynatasının vəfatı ilə bağlı sosial şəbəkə vasitəsi ilə cənazəyə çələng göndərilməməsini xahiş edib.

Əhməd Özyurdun cənazəsinin torpağa tapşırılması üçün tabutunu Abdullah Gül və R.T.Ərdoğan birlikdə daşıdığı nəzərə çarpıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com


Вернуться назад