Главная > Sosial > “Kontakt -Home” alıcıları bezdirib!

“Kontakt -Home” alıcıları bezdirib!


11-06-2018, 09:41.

                      "Kontakt -Home” alıcıları bezdirib!

 

Kontakt-Home”-dan şikayətlər ara vermir. Şikayəti araşdırmaq üçün Rəhbərliklə heç cür əlaqə mümkün deyil!”. Vətəninfo.az xəbər verir ki, bu fikirlər "Azad İstehlakçılar İçtimai Birliyinin sədri Eyyub Hüseynov özünün facebook-da olan səhifəsində paylaşıb. Birlik sədri ona ünvanlanın şikayət məktubunu da paylaşıb və bunları qeyd edib:

"Nəzərinizə çatdırım bu şikayəti də məcbur olub İqtisadiyyat Naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu Nazirliyin də bir iş görəcəyinə ümüd yoxdur,onlar hamını məhkəməyə yönəldir.Məhkəmələrdə ki, bildiyiniz kimi…”.

Qeyd edək ki,"Kontakt -Home” ilə bağlı hər gün yeni-yeni şikayətlər olsa da nədənsə həm şirkət rəhbərliyi,eyni zamanda müvafiq dövlət orqanaları səssiz qalmaqda davam edirlər.

Səbəbi isə heçkimə bəlli deyil.

Vətəninfo.az

 


Вернуться назад