Главная > Ümumi > Sinqapurda Kim Çen Inın “əkiz”i saxlanıldı – FOTO

Sinqapurda Kim Çen Inın “əkiz”i saxlanıldı – FOTO


9-06-2018, 08:47.

                Sinqapurda Kim Çen Inın "əkiz”i saxlanıldı – FOTO 

 

Sinqapurda miqrasiya xidmətinin əmədaşları Şimali Koreya lideri Kim Çen Inın "əkiz”ini saxlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı "NewsAsia” telekanalı məlumat yayıb.

Məlumatlara görə, Qovard adlı şəxs Çanki aeroportunda yaxalanılıb. Dindirilmə iki saat davam edib.

"Onlar mənim çantamı yoxladılar. Mənə məsləhət gördülər ki, Senton adasından və Shangri-La otelindən uzaq durum”, - Qodard öz "Facebook” səhifəsində yazıb.

Qovard əlavə edib ki, bir neçə dəfə Sinqapurda olsa da, belə halla ilk dəfədi qarşılaşır.

 


Вернуться назад