Главная > Region > İsmayıllıda DƏHŞƏTLİ selin fəsadları

İsmayıllıda DƏHŞƏTLİ selin fəsadları


9-06-2018, 12:30.

                      İsmayıllıda DƏHŞƏTLİ selin fəsadları

 

Bir neçə gün öncə İsmayıllıya yağan güclü yağışlardan sonra yaranan fəsadlar hələ də aradan qaldırılır.


ARB Şəki xəbər verir ki, hazırda da bölgədə qeyri-sabit hava şəraiti hökm sürdüyündən yaşana biləcək təhlükələrə qarşı önləm alınır.

Daha çox ziyan dəyən Diyallı kəndində çadırda yaşayan ailənin Qaçqın və Məcburi köçkünlərin işi üzrə dövlət komitəsi tərəfindən evlə təmin edilməsi nəzərdə tutulur.İsmayıllı Su və meliorasiya idarəsi çayları lil və palçıqdan təmizləyir. Suyun səviyyəsinin qalxacağı təqdirdə qabaqlayıcı tədbirlər görmək üçün bütün texnikalar hazır vəziyyətə gətirilib.

Güclü yağışlar nəticəsində Muğanlı-İsmayıllı yolunun 0-29 km-liyində sürüşmə aktivləşib, ərazidə torpaq uçqunları baş verib. Basqal-Sulut avtomobil yolu, Tağlabiyan-Kəlfərəc-Müdrü kənd yollarında da sürüşmə yaşanır.9 nömrəli yol istismar idarəsi ərazidə iş aparır.


Вернуться назад