Главная > Ümumi > Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb

Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb


8-06-2018, 18:05.

               Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb

 

Prezident Əliyev Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 


Вернуться назад