Главная > Ümumi > “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova seçiciləri ilə (FOTOLAR)

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova seçiciləri ilə (FOTOLAR)


29-10-2015, 21:40.

 “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova seçiciləri ilə (FOTOLAR)Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 32 saylı Suraxanı 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Zeynalova Mehriban Heydərəli qızı seçicilərlə görüşləri davam etdirir.

Uluyol.info  "Ölkə.Az"a istinadən xəbər verir ki, seçki dairəsinin ərazisində yerləşən qəsəbələrdə yerli sakinlərlə görüşən Mehriban Zeynalova seçiciləri narahat edən problemlərlə maraqlanıb, onların suallarını cavablandırıb.

Sakinlər əsasən işsizlik problemi, uzun müddətdən bəri yaşadıqları evlərin sənədləşdirilməsində üzləşdikləri problemlər, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi kimi məsələləri namizədin diqqətinə çatdırıblar. Parlament seçkilərində Mehriban Zeynalovanı dəstəkləyəcəklərini bildirən seçicilər digər sakinlərə müraciət edərək səslərini məhz "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovaya verməyə çağırıblar.




Вернуться назад