Главная > Siyasət > Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi

Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi


8-06-2018, 15:42.

                Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi

 

"Böyük yeddilik” (G7) sammitində yekun qərar ABŞ-ın iştirakı olmadan imzalana bilər.

Bu barədə Fransa prezidenti Emmanuel Makron öz "Twitter” hesabında yazıb.

"Ola bilsin ki, ABŞ prezidenti tədric olunmağa qarşı deyil, biz də 6 ölkə ilə saziş imzalanmağa qarşı deyilik”, - fransalı lider bildirib.

"Reuters”in verdiyi məlumata görə, Makron əlavə edib ki, dünya nəhəngləri iqtisadiyyatda hər hansı ölkənin vahid hegemonluğunu qəbul etməyəcək.

"ABŞ olmadan da G7-nin digər altı ölkəsi daha böyük bazarı təmsil edir”, - Fransa prezidenti bildirib.

Belə açıqlamalara səbəb Vaşinqtonla G7 həmkarları arasında rüsumlar və ticarət tənzimlənməsi barədə məsələlər olub.

"Böyük yeddilik” sammiti iyunun 8-9-da Kanadanın Kvebek şəhərində keçiriləcək.

 


Вернуться назад