Главная > GÜNDƏM > İranda kütləvi etiraz aksiyaları keçirilir

İranda kütləvi etiraz aksiyaları keçirilir


8-06-2018, 13:39.

                     İranda kütləvi etiraz aksiyaları keçirilir

 

İranda Fələstin xalqına dəstək üçün Əl-Qüds günü münasibətilə kütləvi anti-İsrail aksiyaları keçirilir.

AzVision.az IRNA agentliyinə istinadən xəbər verir ki, İsrail əleyhinə aksiyalar İranın 900-dən çox şəhərini əhatə edir.

Hər il keçirilən ənənəvi etiraz yürüşlərinin bu dəfəki şüarı isə belədir: "Müqavimət cəbhəsinin qələbəsi", "ABŞ və İsrailin düşmən fəaliyyətinin tənəzzülü", "Fələstinin qaytarılması”.

Aksiya iştirakçıları həmçinin, İsrailin fələstinlilərə qarşı təcavüzkar davranışlarını qınayan bəyanatlar səsləndirirlər.

Qeyd edək ki, Əl-Qüds günü İranda 1979-cu ildən qeyd edilir və qəməri təqviminə əsasən, Ramazan ayının sonuncu cümə günündə keçirilir. Əl-Qüds günündə bir sıra ərəb dövlətlərində Fələstin xalqına dəstək nümayiş etdilir. Bu gün Yəmən, İraq və hətta Dəməşqdə də oxşar aksiyalar keçirilib.


Вернуться назад