Главная > Kriminal > Cəlilabadda silahlı insident olub

Cəlilabadda silahlı insident olub


8-06-2018, 08:58.

                        Cəlilabadda silahlı insident olub

 

Cəlilabad rayonunda silahlı insident olub.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, iki rayon sakini arasında yaranan mübahisə nəticəsində tərəflər bir-birilərinə odlu silahdan atəş açıblar.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, "Lexus” markalı minik avtomobilinə və tərəflərin birinə məxsus evə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад