Главная > Region > Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrıldı

Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrıldı


7-06-2018, 17:25.

             Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

 


Вернуться назад