Главная > Dünya > Suriya müxalifləri türkmənlərə köməyə gəldi

Suriya müxalifləri türkmənlərə köməyə gəldi


12-02-2016, 00:03.
Suriya müxalifləri türkmənlərə köməyə gəldi
Suriyada  türkmən döyüşçülər digər müxalif qruplarla  birgə  Türkmən Dağında yerləşən Kuruca, Sarraf, Kulcuk və Karaman  mövqelərini geri qaytarıblar.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin rəsmi dövlət mediası olan  Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, müxaliflər 15 gün öncə, Rusiya və Əsəd ordusunun hücumu nəticəsində itirdikləri əraziləri geri qaytarmaq üçün hücuma keçiblər.
 
Müxaliflərlə döyüşdə rejimin 14 əsgərinin öldürüldüyü, ağır silah və hərbi texnika ələ keçirildiyi bildirilir.

Вернуться назад