Главная > Ümumi > Şeyxin müavinindən Fazil Mustafa ilə dindarların arasında olan davaya REAKSİYA

Şeyxin müavinindən Fazil Mustafa ilə dindarların arasında olan davaya REAKSİYA


7-06-2018, 15:56.

           Şeyxin müavinindən Fazil Mustafa ilə dindarların arasında olan davaya REAKSİYA

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli bir qrup dindar tərəfindən ona etiraz olaraq deputat Fazil Mustafanın fotolarının zibil qutularına vurulması məsələsinə münasibət bildirib.

 

Şeyxin müavini Sfera.az-a açıqlamasında baş verənlərdən təəssüfləndiyini söyləyib.

 

O, tərəfləri svil hərəkətlərə çağırıb:

 

"Mən bu məsələ ilə bağlı kənarda qalmaq istəyirəm. Bu arzuolunmayan məsələdir. Hesab edirəm ki, Azərbaycanda bu cür müzakirələr açmağa ehtiyac yoxdur.İndi Azərbaycanın həll olunası və vacib olan çox problem var. Bu da işğal altında olan Dağlıq Qarabağla bağlıdır.Fikirləri ümummilli məqsədlərə yönəltmək lazımdır. Bu cür məsələləri mətbuata çıxartmaq mənasızdır".

 

Orxan Bəşirov, Sfera.az

 


Вернуться назад