Главная > Ölkə > Bayraq Meydanı sökülür?

Bayraq Meydanı sökülür?


7-06-2018, 14:17.

                Bayraq Meydanı sökülür?

 

Azərbaycan Dövlət Bayrağı Meydanının sökülməsi ilə bağlı məlumat yayılıb.

 

BakuPost xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb və bunu özündə əks etdirən foto paylaşılıb. Fotoda Bayraq Meydanı üzərində ekskavator işlədiyi, meydanın bir hissəsinin qazıldığı görünür.

 

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq mümkün olmayıb.

 

Qeyd edək ki, Bayraq Meydanında dünyada ən hündür bayraq dirəyinin üzərində Azərbaycan bayrağı dalğalanırdı. Sonradan bayraq və dirək yığışdırıldı

 


Вернуться назад