Главная > Siyasət > İspaniyanın sabiq baş naziri Rahoy siyasətdən gedəyəni bildirib

İspaniyanın sabiq baş naziri Rahoy siyasətdən gedəyəni bildirib


6-06-2018, 19:02.

               İspaniyanın sabiq baş naziri Rahoy siyasətdən gedəyəni bildirib

 

İspaniyanın sabiq baş naziri Mariano Rahoy siyasətdən birdəfəlik gedəcəyini bəyan edib. Novator.az-ın məlumatına görə, iyunun 6-da "Cope” radiosuna açıqlamasında Mariano Rahoy bildirib ki, 40 ildir siyasətlə məşğuldur: "Artıq qalmağın mənası yoxdur, mən siyasəti birdəfəlik tərk etmək fikrindəyəm. Həyatda siyasətdən başqa da şeylər var”.

Mariano Rahoy iyunun 5-də Xalq Partiyasının sədri postundan istefaya verəcəyini açıqlayıb. 37 ildir Xalq Partiyasının üzvü olan, 2004-cü ildən quruma sədrlik edən sabiq baş nazir növbədənkənar qurultay çağırmağı və yeni lider seçməyi təklif edib.

Mariano Rahoy iyunun 1-də parlamentin aşağı palatasının hökumətə etimadsızlıq göstərməsindən sonra baş nazir vəzifəsindən gedib. Hökumətin istefaya göndərilməsi Xalq Partiyasının adının korrupsiya qalmaqalında hallanması ilə bağlı olub. Parlament həmin gün Sosialist Partiyasının sədri Pedro Sançesi baş nazir seçib.

1955-ci il təvəllüdlü Mariano Rahoy baş nazir postunu 2011-ci ildən tuturdu.

 


Вернуться назад