Главная > GÜNDƏM > Çində mədən qəzası: 11 ölü, 9 yaralı, 2 itkin

Çində mədən qəzası: 11 ölü, 9 yaralı, 2 itkin


6-06-2018, 12:55.

                   Çində mədən qəzası: 11 ölü, 9 yaralı, 2 itkin

Çinin Liaoninq əyalətində dəmir mədənində baş verən qəzada 11 nəfər dünyasını dəyişib.

 

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində 9 nəfər yaralanıb, 23 nəfər xilas edilib, 2 nəfərdən isə xəbər yoxdur. Yaralıların 5-inin vəziyyəti ağırdır.

 

Ərazidə xilasetmə tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, hadisə quyu açmaq üçün istifadə edilən dinamitlərin partlaması nəticəsində meydana gəlib.

 


Вернуться назад