Главная > Aktual > Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib

Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib


6-06-2018, 11:56.

             Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib

 

Bu gün Gürcüstana yağan güclü leysan yağışları və qasırğa ölkə ərazisində ciddi fəsadlar törədib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, güclü külək paytaxt Tbilisidə, Rustavi və Marneuli rayonu ərazisində problemlər yaradıb.

Belə ki, Tbilisidə güclü külək ağacları və elektrik dirəklərini aşırıb, qərb bölgəsində çaylar daşıb. Kür çayında isə suyun səviyyəsi qalxıb və suyun çırkliliyi xeyli artıb.

Marneuli rayonunun Sadaxlı kəndinə daha çox ziyan dəyib. Güclü külək ağacları kökündən qoparıb, bir neçə evə və avtomobilə ciddi zərər vurub.

 


Вернуться назад