Главная > Kriminal > Qusarda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb

Qusarda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb


6-06-2018, 07:49.

              Qusarda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb

 

Qusar rayonunda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb

Bu barədəmusavat.com-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilmişdir.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilmişdir.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

 


Вернуться назад