Главная > Cəmiyyət > Valideyinlərin diqqətinə: Qanında hemoqlobinin səviyyəsi aşağı olarsa, peyvənd...

Valideyinlərin diqqətinə: Qanında hemoqlobinin səviyyəsi aşağı olarsa, peyvənd...


1-06-2018, 19:48.

               Valideyinlərin diqqətinə: Qanında hemoqlobinin səviyyəsi aşağı olarsa, peyvənd...

 

"Bəzi qan xəstəlikləri var ki, onların başlanğıcına çox vaxt peyvəndlər səbəb olur”.

Bunu musavat.com-a TədqiqatHematologiyavə Transfuziologiyaİnstitutununuşaq şöbə müdiri Gülnara Hacıyeva bildirib.

Onun sözlərinə görə, peyvəndlər allergiyalı uşaqlarda toksik allergik vəziyyət yaradır:"Kəskin respirator, infeksion xəstəliklərdən sonra peyvənd olunarsa, uşaqda bəzi toksik allergik və hemorogik xəstəliklər əmələ gələ bilər. Bəzən belə uşaqlarda peyvənddən sonra bədənində göy ləkələr əmələ gəlir. Allergiyalı uşağın qanına mütləq mütəxəssis tərəfindən baxılmalıdır. Qanında dəyişiklik varsa, peyvənd olmaz”.

G.Hacıyeva onu da qeyd edib ki, qanında hemoqlobinin səviyyəsi 90-dan aşağı olan uşaqlara peyvənd olmaz:"Həmin uşaqlar mütləq müalicə almalıdır, qanında hemoqlobinin səviyyəsi qalxandan sonra peyvənd oluna bilər. Mən demirəm ki, peyvənd lazım deyil. Peyvənd tam sağlam uşaqlar üçündür. Amma tələsmək lazım deyil, peyvəndlərə çox ciddi yanaşmaq lazımdır”.

Ləman Mustafaqızı, musavat.com

 

 


Вернуться назад