Главная > İdman > Roman Qriqorçuk "Astana"nın baş məşqçisi təyin olunub

Roman Qriqorçuk "Astana"nın baş məşqçisi təyin olunub


1-06-2018, 15:26.

                  Roman Qriqorçuk "Astana"nın baş məşqçisi təyin olunub

 

"Qəbələ” klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın "Astana" komandasının sükanı arxasına keçib.

"Report” "Astana"nın rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu gün ictimaiyyətə təqdim olunub. Onunla birgə mətbuat konfransına klub prezidenti Sayan Hamitcanov da qatılıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. O, daha əvvəl Latviyanın "Dinaburq” və "Ventspils”, vətənində isə "Metallurq” ilə "Çernomorets” komandalarına rəhbərlik edib.

 


Вернуться назад