Главная > Cəmiyyət > İTV-nin baş direktoru məlum oldu

İTV-nin baş direktoru məlum oldu


1-06-2018, 12:16.

                      İTV-nin baş direktoru məlum oldu

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

İclasda İTV-nin baş direktoru vəzifəsinə seçki baş tutub.

"İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.

İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər./APA/

 


Вернуться назад