Главная > Ümumi > Ərdoğandan sürpriz: "Çayınız hazırsa, gəlirəm" - Video

Ərdoğandan sürpriz: "Çayınız hazırsa, gəlirəm" - Video


1-06-2018, 11:33.

               Ərdoğandan sürpriz: "Çayınız hazırsa, gəlirəm" - Video

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrin dəvəti ilə onlarla birlikdə imsak mərasiminə qatılıb.

 

Axar.az xəbər verir ki, Hüseyn Qazi tələbə evinin gəncləri ölkə başçısını Tvitter hesabından yataqxanaya dəvət ediblər.

Bir qədər sonra isə tələbələr üçün gözlənilməz an baş verib. Ərdoğan tvitə cavab yazıb: "Çayınız hazırdırsa, gəlirəm”.

Ərdoğan onu imsaka dəvət edən tələbələri ziyarət edib. Onlarla birlikdə imsak edib. Tələbələrə dərslərində və gələcək həyatlarında uğur arzu edib.

Prezidentin tələbə yataqxanasını ziyarət etməsi Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabından canlı yayımlanıb.

 


Вернуться назад