Главная > Dünya > Türk əsgəri üçün “robot geyim” hazırlandı – Foto

Türk əsgəri üçün “robot geyim” hazırlandı – Foto


31-05-2018, 21:46.

             Türk əsgəri üçün "robot geyim” hazırlandı – Foto

  Türkiyənin ASELSAN şirkətinin hazırladığı, türk əsgərlərinin qaçış, dırmanış və sıçrayış kimi fiziki hərəkət qabiliyyətini, yorğunluğa qarşı müqavimətini artıracaq robot-geyim ASYA (hərbi yerimə köməkçisi) uğurla sınaqdan keçirilib.

Axar.az xəbər verir ki, ASYA-nın əsasən xüsusi təyinatlı qüvvələr və jandarmaların fəaliyyətində geniş istifadə olunacağı bildirilib.

Səssiz halda çalışan yeni sistem vasitəsilə türk əsgərlərinin zədələnməsinin qarşısı alınacaq.

ASYA ilə əməliyyata yollanan hərbçilər yorulmadan uzun müddət ağır yüklərlə birgə hərəkət edə biləcəklər.

 


Вернуться назад