Главная > Ümumi > Zidan "Real"dan getdi - İstefasının səbəblərini özü açıqladı

Zidan "Real"dan getdi - İstefasının səbəblərini özü açıqladı


31-05-2018, 15:57.

             Zidan "Real"dan getdi - İstefasının səbəblərini özü açıqladı 

 

Zinəddin Zidan "Real"ın baş məşqçi vəzifəsindən istefa verib.

46 yaşlı mütəxəssis qərarını hazırda davam edən mətbuat konfransında rəsmən açıqlayıb.

O, istefası barədə bunları deyib: "Real”da etdiklərimiz möhtəşəmdir. Bu hekayənin bir parçası olduğum üçün xoşbəxtəm. "Real"ın baş məşqçisi olmamağa qərar verdim. Bu qərar qəribə görünə bilər. Amma komandaya dəyişiklik lazımdır. Uğurların davamı üçün yeni nəfəsə, yeni məşqçi qərarlarına ehtiyac var. Buna görə mən bu qərarı qəbul etdim".

Z.Zidan onu da bildirib ki, hal-hazırda başqa klub çalışdırmağı düşünmür.

Klubun prezidenti Fiorentino Peres isə bu qərarın onun üçün gözlənilməz olduğunu deyib.

Qeyd edək ki, Zinəddin Zidan "Real"a 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "Kral Klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.(publika.az)

 

Uluyol.az


Вернуться назад