Главная > Ümumi > Lempard baş məşqçi təyin edildi - rəsmi

Lempard baş məşqçi təyin edildi - rəsmi


31-05-2018, 15:42.

                   Lempard baş məşqçi təyin edildi - rəsmi

İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Frank Lempard məşqçiliyə başlayıb.

Qol.az-ın xəbərinə görə, o, İngiltərə Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, F.Lempard 2017-ci ilin fevralında futbolçu karyerasını başa vurmuşdu. O vaxtdan indiyə kimi Lempard telekanalda ekspert işləyirdi.

 



Вернуться назад