Главная > Ümumi > 3 gün ərzində uşaqlar metroya səs salacaq

3 gün ərzində uşaqlar metroya səs salacaq


31-05-2018, 13:10.

                   3 gün ərzində uşaqlar metroya səs salacaq

 

"3 Alma" Hazırlıq Kurslarının təşəbbüsü və Bakı Metropoliteni QSC-nin dəstəyi ilə 1-3 iyun tarixində hamının diqqəti uşaqlara yönələcək. Musavat.com xəbər verir ki, iyunun ilk üç günü ərzində metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidəcəyik.

Elanlar həm Azərbaycan, həm də ingilis dilində uşaqlar tərəfindən səsləndiriləcək. Bakı Metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib.

 


Вернуться назад