Главная > Cəmiyyət > Arif Hacılı: “”Cümhuriyyət-100″ tədbirlərimiz yekunlaşmadı, ilin sonunadək davam edəcək”

Arif Hacılı: “”Cümhuriyyət-100″ tədbirlərimiz yekunlaşmadı, ilin sonunadək davam edəcək”


29-05-2018, 22:31.

      Arif Hacılı: "”Cümhuriyyət-100″ tədbirlərimiz yekunlaşmadı, ilin sonunadək davam edəcək”

Arif Hacılı "Cümhuriyyət-100” çərçivəsində keçirilən tədbirlər barədə yazdı.

"Cümhuriyyət -100” tədbirlərimizin mühüm bir hissəsinə yekun vurduq.

Frankfurtda, Parisdə, Ankarada, Tbilisidə, Gəncədə, rayonlarımızda və Bakıda bir sıra tədbirlər keçirdik.

Cümhuriyyət qurucularının müxtəlif ölkələrdə olan məzarlarını ziyarət etdik.

Uzun fasilədən sonra müxalifətin, ictimai təşkilatların, ziyalıların, azad cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizə aparanların birgə bayram toplantısını keçirdik.

Böyük ictimai marağa səbəb olan açıq şahmat, mini- futbol turnirləri təşkil etdik. Yazı müsabiqəmiz davam edir.

Hollandiyada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş poçt markası buraxdıq. Müsavatçılar müxtəlif ölkələrdə, müxtəlif dillərdə bu mövzuya aid kitablar dərc etdirdilər.

"Cümhuriyyət-100” tədbirlərimiz yekunlaşmadı, ilin sonunadək davam edəcək.

Cümhuriyyətin yad edilməsinə ən böyük töhfəmiz isə cümhuriyyət dəyərləri əsasında yönəldilən dövlətimizin qurulması olacaq.

Hələliksə alqışlarımız bütün maneələrə, təqib və basqılara rəğmən "Cümhuriyyət-100” tədbirlərini təşkil edən bütün fədailərədir.

Yaşasın Respublika!
Yaşasın Azərbaycan!
Bu vətən bizimdir!


 

Yazı Arif Hacılının "Facebook” səhifəsinən götürülüb./bastainfo.com

 


Вернуться назад