Главная > Kriminal > Jurnalist güllələnərək öldürüldü - Ukraynada ŞOK qətl

Jurnalist güllələnərək öldürüldü - Ukraynada ŞOK qətl


29-05-2018, 03:17.

             Jurnalist güllələnərək öldürüldü -Ukraynada ŞOK qətl

 

Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenko güllələnərək qətlə yetirilib.

Musavat.com bu barədə"Tass"agentliyinə istinadən xəbər verir.

Ukraynapolisininsözçüsü Yaroslav Trakalo jurnalistin xəstəxanaya aparılarkən təcili yardım maşınında öldüyünü bildirib.

O qeyd edib ki, həkimlərin səyinə baxmayaraq jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Sozcünün sözlərinə görə, qətl hadisəsi jurnalistin Kiyevin Dnepr rayonunda qaldığı evdə baş verib: "Həyat yoldaşı hamamdan güllə səslərinə çıxıb və ərini qan içində yerdə uzanan vəziyyətdə görüb. Bundan sonra o, təcili yardım çağırıb. Həkimlər nə qədər etsə də, onun həyatını xilas edə bilməyiblər" - deyə Trakalo əlavə edib.

Rusiya mediasının verdiyi xəbərə görə, Babçenko "Moskovski komsomolets", "Novaya qazeta" qəzetlərinin hərbi müxbiri işləyib, "Birinci kanal"la əməkdaşlıq edib.

 

arkady babchenko ile ilgili görsel sonucuarkady babchenko ile ilgili görsel sonucuarkady babchenko ile ilgili görsel sonucuarkady babchenko ile ilgili görsel sonucuarkady babchenko ile ilgili görsel sonucu
Вернуться назад