Главная > Ümumi > XİN rəhbəri Fransa prezidentini ikiüzlü adlandırdı

XİN rəhbəri Fransa prezidentini ikiüzlü adlandırdı


29-05-2018, 22:45.

            XİN rəhbəri Fransa prezidentini ikiüzlü adlandırdı

 

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronu ikiüzlü adlandırıb.

Axar.az xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitter hesabında yazıb.

"Demokratiya sadəcə bir tərəfin təhqir, söyüş və yalanlarını diqtə etməsi deyil. Eyni zamanda qarşı tərəfin də fikir və həssaslığının nəzərə alınmasıdır”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Fransa lideri Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədən "Le Point” nəşrinə dəstəyini nümayiş etdirmişdi.

 


Вернуться назад