Главная > Dünya > Kerri ilə Lavrov razılaşıb

Kerri ilə Lavrov razılaşıb


10-02-2016, 23:18.

bitmap-img6

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla Suriya ilə bağlı qarşıdan gələn sülh danışıqlarını müzakirə ediblər

 


Bu barədə fevralın 10-da Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Suriyada atəşin dayandırılması və mühasirədə olan bölgələrə humanitar yardım çatdırılmasının vacibliyi barədə razılıq əldə ediblər.

Fevralın 11-də Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında Kerry ilə Lavrov arasında görüş gözlənilir.

Məqsəd 5 ildir ki, davam edən müharibənin danışıqlar yolu ilə həllinə nail olmaqdır.

Rusiya bu müharibədə Suriya prezidenti Bəşər Əsədın, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Suriya danışıqları fevralın 25-də bərpa olunmalıdır ("Azadlıq" radiosu).

Вернуться назад