Главная > İdman > Messi karyerasını bitirmək istədiyi klubu açıqladı: "Barselona" deyil...

Messi karyerasını bitirmək istədiyi klubu açıqladı: "Barselona" deyil...


29-05-2018, 15:05.

               Messi karyerasını bitirmək istədiyi klubu açıqladı:"Barselona" deyil...

Lionel Messi karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

 

Qaynarinfo xəbər verir ki, Argentinanın "El Trece" kanalına danışan "Barselona"nın ulduzu karyerasını vətənində - "Nevell's Old Boyz" klubunda bitirmək istədiyini bildirib:

 

"Hər zaman demişəm, bir gün Argentinada oynamaq istəyirəm. Baş tutub-tutmayacağını bilmirəm, amma beynimdə hər zaman bu var. Argentinada ancaq "Nevell's Old Boyz"da oynayaram, başqa heç bir komandada oynamaram. Ən azından 6 ay belə olsa, bu klubun formasını geyinmək istəyirəm".

 

Qeyd edək ki, Messi 1994-2000-ci illərdə "Nevell's Old Boyz" klubunda çıxış edib və 2001-ci ildə "Barselona"ya transfer olunub.

 


Вернуться назад