Главная > Aktual > Səudiyyə Ərəbistanından PKK-ya tam dəstək

Səudiyyə Ərəbistanından PKK-ya tam dəstək


29-05-2018, 17:56.

                          Səudiyyə Ərəbistanından PKK-ya tam dəstək

 

Səudiyyə Ərəbistanı Suriyanın şimalında terroçu YPG/PKK təşkilatı ilə əməkdaşlıq edən ərəb güclərindən ibarət hərbi birlik qurmağa qərar verib.

Musavat.com "habertürk” saytına istinadən xəbər verir ki, Suriyada daha çox SDG (Suriya Demokratik Gücləri-red.) adı ilə fəaliyyət göstərən PKK-ya indi böyük maliyyə dəstəyi gələ bilər.

"Anadolu xəbər agentliyi”nin Haseke şəhərindəki müxbirləri keçən həftənin cümə günü səudiyyəli 3 hərbi müşavirin Ayn-əl-ərəb (Kobani) şəhərinə gedərək Harap İşk-dakı ABŞ hərbi bazasında PKK-çılarla görüşdüyünü bildiriblər.

Səudiyyəli rəsmilər PKK-nın əmri altında döyüşən Sanadid ordusu ilə əməkdaşlıq çərçivəsində yeni bir ərəb birliyi formalaşdırmaq istəyir.

Birliyə qatılanlara 200 dollarlıq maaş vəd edən səudiyyəlilər könüllülər toplamaq üçün Haseke və Qamışlı şəhərlərində ciddi iş aparırlar.

Həmin ərəb dəstəsinin PKK-nin 2016-cı ilin martın 17-də Suriyanın şimalında elan etdiyi qondarma Şimali Suriya Federasiyasının tərkib hissəsində olacağı qeyd olunub.

Terror təşkilatı həmin vaxtdan bu yana sosial şəbəkələr vasitəsilə yaydığı mesajlarda Səudiyyə Ərəbistanı ilə isti münasibətlər qurmaq istədiyini dilə gətirir.

Səudiyyə Ərəbistanı hələ keçən ay Iraq üzərindən YPG/PKK-çılara yüzlərlə tonluq dəstək göndəmişdi. Təcili yardım maşınları vasitəsilə həyata keçirilən bu "yardım paket”lərində silah və sursatların olduğu istisna edilmir.

Səudiyyə Ərəbistanının körfəz işlərindən məsul bir naziri isə keçən ilin oktyabr ayında YPG/PKK işğalı altında olan Rakka vilayətini amerikalı rəsmilərlə ziyarət edərək buradakı vəziyyətlə bağlı məlumat alıb.

Xəbərdə PKK-nın məhz SDG vasitəsilə kiçik ərəb birliklərini nəzarəti altında axlamağı bacardığı vurğulanır.

 


Вернуться назад