Главная > Mövqe > "ABŞ-ın dəhlizini darmadağın etdik" – Türkiyə baş nazirinin müavini

"ABŞ-ın dəhlizini darmadağın etdik" – Türkiyə baş nazirinin müavini


28-05-2018, 13:59.

               "ABŞ-ın dəhlizini darmadağın etdik" – Türkiyə baş nazirinin müavini

 

"ABŞ-ın PKK-çılarla birlikdə qurmaq istədiyi dəhlizi "Fərat qalxanı” və "Zeytun budağı” əməliyyatları ilə darmadağın etdik".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü və Baş nazirin müavini Mahir Ünal deyib.

"15 iyulda cənub sərhədlərimizdə terror dəhlizi yaradıb Türkiyəni məngənəyə salmaq istədilər. Biz NATO müttəfiqiyik, onların da cənub sərhədlərini qoruyuruq. Amma mənim NATO müttəfiqim olan ABŞ "Mən PKK-çılardan ibarət təhlükəsizlik dəhlizi yaradacağam” dedi. Yarada bildimi? Yarada bilmədi. Yaratmaq istədiyi dəhlizi Türkiyə darmadağın etdi. Afrində hinlərinə girdik. Bütün bunlar bu millətin dəstəyi ilə 18 saat çalışaraq oldu. SİHA, PUA, "Altay" tanklarını, ATAK helikopterini hazırlayaraq oldu”, - deyə sözçü bildirib.

 


Вернуться назад